Oxu Günü münasibətilə Şabranda tədbir keçirilib

25 2019 12:58

Şabran rayon 5 saylı tam orta məktəbdə “Beynəlxalq Oxu Günü” qeyd olunub. Tədbirdə müəllimlər və şagirdlər iştirak ediblər. Çıxış edənlər uşaqlara kitabları sevməyi tövsiyə ediblər. Uğur qazanmaq  üçün  mütaliənin əvəzsiz rolu olduğunu vurğulayıblar.Daha sonra məktəblilər şair və yazıçılarımızın əsərləri əsasında  hazırladıqları səhnəcikləri nümayiş etdiriblər. Şagirdlər kitaba, ədəbiyyata olan sevgilərini özünəməxsus şəkildə ifadə ediblər. Oxu bayramında fəal oxuculara bədii ədəbiyyatlar hədiyyə olunub. Tədbir  şagirdlərin rəqsləri və ifaları ilə davam edib.