Vitamin nədir?

25 2019 13:00

Canlı orqanizmlər vitaminlərsiz yaşaya bilməz. Latın dilindən tərcümədə  "vita"- həyat deməkdir.  Vitaminlər üzvi birləşmələr olub, insan və heyvanların qidasının mühüm hissəsini təşkil edir. Onların əsas mənbəyi bitki mənşəli qidalardır. Lakin vitaminlər ət məhsullarında, süddə, yumurtada da vardır. Мüxtəlif tərkibə malik olmalarına baxmayaraq,  onların bir ümumi xüsusiyyəti var ki, bu da yalnız bitkilər tərəfindən sintez olunmalarıdır. Beynəlxalq aləmdə vitaminləri latın hərfləri ilə işarə etmək qəbul edilib. Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və xəstəliklər baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş  qidada belə bəzən vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir. Vitaminlər iki qrupa bölünür: suda həll olan- C vitamini və B qrupu vitaminləri, yağda həll olan - A,D,E,K vitaminləri. İndi isə gəlin onları hansı qidalardan əldə edə biləcəyimizi öyrənək. A vitamini böyümə, inkişaf, görmə və immunitet  sistemini gücləndirir. 1913-cü ildə kəşf edilən bu vitamin yerkökü, yemiş, süd məhsullarında, həmçinin yaşıl, sarı və narıncı rəngli meyvə -tərəvəzlərin tərkibində mövcuddur.B qrupu vitaminlərinə - B1, B6, B11, B12 daxildir. Onlar bitki və heyvan mənşəli bir çox məhsulların tərkibində olur. Taxıl məhsulları, düyü, paxla, süd, yumurta, ət, balıq, ispanaq, brokoli,meyvələrdən qreyfurt, banan B vitamini ilə zəngindir. İmmun sistemini gücləndirən əsas vitamin isə C vitaminidir. C vitamini bol olan qidalar isə bunlardır: limon, portağal, kivi, çiyələk, yemiş, cəfəri, pomidor, kələm, bibər, soğan və s.Günəş şüasının təsiri altında orqanizmdə D vitamini əmələ gəlir. Lakin D vitaminini bir sıra qidalardan da əldə etmək mümkündür. Bunlara balıq yağı, göbələk, toyuq yumurtasının sarısı və digər məhsullar aiddir. Digər bütün vitaminlər kimi orqanizmin normal fəaliyyəti üçün E vitamininin qəbulu vacibdir. Yağda əriyən bu vitamin orqanizmdə daha çox qaraciyərdə toplanır.   E vitamini bir sıra zəhərlənmə törədə biləcək təsirlərə qarşı müdafiə rolunu oynayır. Zeytun yağı və bir sıra bitki tərkibli yağlar, qoz, fındıq kimi çərəzlər, yaşıl yarpaqlı tərəvəzlər, balıq və balıq yağı, yumurta sarısı, pomidor kimi qidalar E vitamini ilə zəngindir. Vitaminlərin orqanizmdə rolu çox böyükdür, onlar müxtəlif proseslərdə aktiv iştirak edir. Hər hansı bir vitaminin çatışmazlığı müxtəlif pozulmalara səbəb ola bilər. Odur ki, gündəlik qida rasionuna sadalanan məhsulları daxil etməklə vitaminlərdən faydalana bilərik.