Ümumdünya Kitab və Müəlliflik Günü ilə bağlı Qubada tədbir təşkil olunub

25 2019 14:03

“Ümumdünya kitab və müəlliflik hüququ günü”nə həsr olunmuş tədbirlərdən biri də Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə baş tutub. Tədbirə rayonun 40-a yaxın məktəbindən şagirdlər qatılıb.Məqsəd uşaqları mütaliəyə, yeni biliklər öyrənməyə həvəsləndirməkdir.Tədbir çərçivəsində görkəmli şair və yazıçıların kitabları sərgilənib, istedadlı uşaqların bədii əsərlərin motivləri əsasında çəkdiyi rəsmlər nümayiş olunub. Məktəblilər şeirlər söyləyib, səhnəciklər və maraqlı kompozisiyalarla  çıxış ediblər. Çıxış edən ziyalılar vurğulayıblar ki, görkəmli şair İmadəddin Nəsiminin 650 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunması ədəbiyyata verilən böyük dəyərdir. Tədbirdə böyük söz ustadının həyat və yaradıcılığı haqqında iştirakçılara məlumat verilib, qəzəlləri səsləndirilib.