Uşaq aktyorlar teatrlara necə cəlb olunur?

26 2019 12:22

Qusar Dövlət Ləzgi Dram teatrı xüsusi istedadı olan məktəbliləri tamaşaların hazırlanmasına cəlb edib. Hazırda səhnə əsərlərində 15 məktəbli müxtəlif epizodik rollarda çıxış edirlər. Aktyor heyətinə yeddi yaşdan on beş  yaşadək olan oğlan və qızlar dəvət olunub. Teatrın direktoru Faiq Qardaşov deyir ki, istedadlı uşaqları məktəblərdən seçirik. Burda məktəblilər səhnə mədəniyyətini öyrənirlər. Tamaşalarda onlara epizotik rollar verilir. Məqsəd uşaqların teatra olan həvəsini artırmaq və onların istedadlarını üzə çıxartmaqdır. Hazırda teatr uşaq tamaşaları üzərində çalışır.