Xaçmazda Nizami Gəncəvinin yaradıcılığına həsr edilən tədbir keçirilib

26 2019 12:30

Ədəbi gecəni Xaçmaz şəhər Mehman Babayev adına 1 saylı tam orta məktəbin şagirdləri təşkil ediblər. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və məktəblilər iştirak ediblər. Şagirdlər Nizaminin “Xəmsə”sində yer alan poemaları səhnələşdiriblər. Çıxış edənlər dahi şairin həyat və yaradıcılığından söhbət açıb, Nizami Gəncəvinin zəngin irsi haqqında geniş məlumat veriblər. Tamaşaçılar tədbirdən xoş təəssüratlarla ayrılıblar.