Görmə məhdudiyyətli uşaqların qeyri-adi əl işləri

27 2019 11:59

Bu gün heykəltəraşlıq,dulusçuluq,ağacoyma sənəti ilə məşğul olan və bir -birindən maraqlı fiqurlar, gəlinciklər hazırlayan dostlarımızı tanıyacaqsınız.Onlar Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin yetirmələridir.Görmə məhdudiyyətli olsalarda bu onların yaradıcı işlə məşğul olmalarına maneə deyil. Heykəltəraş Tamerlan Mirzəliyev bildirir ki, uşaqlar hazırlayacaqları fiqurları özləri seçirlər.Bu onlarda sərbəst qərar vermə vərdişinin formalaşmasında müsbət rol oynayır. İnternat məktəbinin bacarıqlı əllər dərnəyində məşğələlər həftədə bir dəfə təşkil olunur.Məktəblilər gildən,bəzək əşyalarından möcüzələr yaradırlar. Bu dərnəklərin məktəblilərə faydaları çoxdur.Onlar həm asudə vaxtlarını səmərəli keçirir, həm əyləncəli şəkildə yeni bacarıqlara yiyələnirlər.