Şagirdlər "Yaşıl məktəb" aksiyası çərçivəsində ağaclar əkiblər

30 2019 11:51

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində "Yaşıl məktəb" aksiyası çərçivəsində yaşıllıq zolaqları salınır, ağaclar əkilir. Bu layihənin həyata keçirilməsində məqsəd ətraf mühitin qorunması, şagirdlərə təbiətə qayğı hissini aşılamaq, ekoloji mədəniyyəti inkişaf etdirməkdir. Növbəti aksiya Bakı şəhər 230 nömrəli tam orta məktəbin şagirdlərinin  iştirakı ilə baş tutub. Məktəblilər ağacların dibini belləyib, alaq otlarından təmizləyiblər. Həmçinin yeni ağaclar əkərək onları sulayıblar. Dostlarımız təbiəti qorumaq məqsədi ilə təşkil olunan digər aksiyalarda da fəal iştirak edirlər. Aprel ayının sonunadək “Yaşıl məktəb" aksiyası çərçivəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin ərazisində 3000-dən çox tingin əkilməsi nəzərdə tutulub.