Azərbaycanlı məktəblilər Rumıniyada keçirilən beynəlxalq robototexnika yarışında böyük uğur qazanıblar

30 2019 11:55

Yarışda 36 ölkədən 785 iştirakçı qalibiyyət uğrunda mübarizə aparıb. Bakı şəhər 18 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Faiq Məmmədzadə 1 ci yerin qalibi olub.  276 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Sübhan Seyfullayev isə 2 ci yeri tutub. Faiq və Sübhan bu yarışa uzun müddət hazırlaşıblar. Məktəblilər bildirir ki, bu robotlarda əsas diqqət ediləsi məsələ diametrlərin düzgün müəyyənləşdirilməsidir.Müəllimləri də şagirdlərinin uğuruna çox sevinirlər. Çünki, bu nailiyyətdə onların da əməyi böyükdür.Dostlarımız gələn il Meksikada keçiriləcək beynəlxalq robotexnika yarışına da qatılmaq  istəyirlər. Biz də onlara uğurlar arzulayırıq.