Uşaqlarda yaradıcılıq istedadını necə üzə çıxarmaq olar?

30 2019 12:06

Uşaqlar istedad və bacarıqlarını özünəməxsus şəkildə büruzə verirlər: kimisi cızma-qara edərək, kimisi plastilindən, palçıqdan əl işləri hazırlayaraq. Onların yaradıcılıq qabiliyyətini kəşf etmək o qədər də çətin deyil.Psixoloq Fatiməxanım Qasımova deyir ki, hər bir valideyn övladının bacarığını düzgün qiymətləndirməli və onu istiqamətləndirməlidir. Uşaqda yaradıcılığa maraq yaratmaq lazımdır. Bunun üçün balacalarla birlikdə əl işləri  hazırlamaq, onlara hər hansı fəaliyyətdə kömək etmək  olar. Uşaqların yaradıcı olması onların gündəlik vərdişlərindən də asılıdır. Əgər məktəblilər dərsdən əlavə müxtəlif dərnəklərə və idman məşğələlərinə gedirsə onların bacarıqları daha yaxşı inkişaf edir. Uşaqlar əl işlərində öz daxili aləmlərini biruzə verirlər. Gələcəkdə kim olmaq, hansı sahədə çalışmaq istədiklərini göstərməyə çalışırlar.Mütəxəssislər məsləhət görürlər ki, uşaqların yaradıcılığının inkişaf etməsi üçün onların gündəlik vərdişlərdən kənara çıxaraq yeni fəaliyyətlərlə məşğul olmasına icazə vermək lazımdır. Övladınızı yeni və fərqli nümunələr yaratmağa sövq edin. Onu dəstəkləyin!