Millət vəkili Sona Əliyeva: “Atam məni məcbur elədi ki...”

30 2019 14:23

Ölkənin ilk uşaq  kanalı  “ARB Günəş”in “Mən məktəbli ikən” verilişinin bu dəfəki qonağı millət vəkili Sona Əliyeva olub. O bildirib ki, üstündən nə qədər zaman keçsə də məktəb illərini unutmur: “Məktəb mənə həyatı öyrədib, çünki kitab oxumağı öyrədib” – deyə, Sona xanım söyləyib. Millət vəkili qeyd edib ki, kitab oxumağı həddindən artıq çox sevib. O müasir dövrün uşaqlarının kitaba az meyl göstərməsinə təəssüf etdiyini də söyləyib. Sona xanım aktiv şagird olduğunu söyləyib və məktəbin tədbirlərində yaxından iştirak etdiyini bildirib: ”Tərcüməçi olmağı arzulayırdım. Atam isə çox istəyirdi ki, mən həkim olum. İmtahan verib “Biologiya” fakültəsinə qəbul oldum. Oxumaq istəməsəm də atam məni məcbur elədi ki, həmin fakültəni bitirim. Ali məktəbi bitirdikdən sonra pedaqoji fəaliyyətlə məşğul oldum və heç də peşman deyiləm” – deyə, Sona Əliyeva əlavə edib.  Millət vəkili valideynlərə tövsiyyələrini də verib.O bildirib ki, valideynlər hər zaman övladlarının yanında olmalıdır. Uşaq günün bir hissəsini məktəbdə keçirir, qalan hissəsini isə valideynlərinin yanında olur. Valideynlər dünyaya  gətirdikləri uşaqlara görə hüquqi, mənəvi məsuliyyət daşıyır: “Gərək valideynlər uşaqlarının arzularına və istəklərini qulaq assınlar” – deyə,  Sona Əliyeva qeyd edib. Millət vəkili ölkənin ilk uşaq kanalı “ARB Günəş”in uşaqların maarifləndirilməsindəki rolunundan da danışıb.O bildirib ki, belə bir  televizyanın yaradılması Azərbaycan uşaqlarını düşünərək verilib.Teleməkanda uşaq telekanalının olması uşaqları digər təhlükəli informasiyalardan,bayağı verilişlərdən yayındırır,uşaqları həm öyrədir, həm də əyləndirir.Millət vəkili “ARB Günəş”ə bu fəaliyyətində uğurlar arzu edib.