Qusar UGİM-in dizayner və toxuculuq dərnəyində uşaqlar nələri öyrənir?

01 2019 11:26

Bu dostlarımız Qusar rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dizayner və toxuculuq dərnəyinin  üzvləridilər. Uşaqlar burada tikiş tikmə, toxuculuq, geyimlərə dizayn vermənin sirlərini öyrənirlər. Dostlarımızın yaşı az olsa da onlar artıq rəngli iplərdən corab, papaq, oyuncaqlar, hazırlamağı bacarırlar.Həmçinin kiçik həcmli geyimlərə dizayn verirlər. Məktəblilər bu işə böyük həvəslə yanaşırlar.  İstedadlı uşaqların üzə çıxmasında dərnəyin xüsusi rolu var. Məktəblilər burada səmərəli vaxt keçirməklə bərabər öz bilik və bacarıqlarını inkişaf etdirirlər.Hazırda mərkəzdə 30 dərnək fəaliyyət göstərir. Bu dərnəklərdə 600 yaxın şagird bilik və bacarıqlara yiyələnirlər.