Dilin hansı funksiyaları var?

02 2019 11:26

Dil - qan damarları, sinirlərlə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqandır. Hər kəsin özünəməxsus dili var. Onun cizgiləri barmaq izləri kimi təkrarolunmazdır. Dil insanlarda heyvanlardan fərqli olaraq həm də nitq üzvüdür. Onun köməyi ilə biz danışırıq, qida qəbul edirik, ağız boşluğunun sağlamlığını dəstəkləyirik, hətta onun köməyi ilə bütün orqanizmimizin vəziyyətini öyrənə bilirik.Yemək zamanı dilin əsas funksiyası – qidanı çeynəməkdə dişlərə kömək etməsidir. 10 mindən çox dad hüceyrələri dili əhatə edir. Onlar bizə yeyilən yeməklərin dadı haqqında məlumat verir. Ümumi olaraq dörd dad var - duzlu, turş, şirin və acı. Dad hüceyrələrinin ömrü çox qısadır - yalnız 10 gündən sonra onlar yeniləri ilə əvəz olunurlar.Dilin ucu əsasən - şirin dadı, yan hissə - duzlu, dilinin orta hissəsinin yan tərəfi isə -acı dadı müəyyən edir. Uşaqlar böyüklərin dilində sizə nisbətən üç dəfə az dad reseptorları var.Dilin vəziyyəti, rəngi və şəkli bir çox xəstəliyin xəbərçisidir. Üstəlik dilin rənginə baxaraq irəli zamanlarda ortaya çıxacaq xəstəlikləri öncədən bilmək olar. Buna görə də həkim həmişə dilinizi göstərməyi xahiş edir.