Kiçik tərəvəz bağçasını necə yarada bilərik?

02 2019 11:34

Ərazini elə seçməliyik ki, ora günəş düşən yer olsun. Çünki bitkilər günəş işığı ilə inkişaf edir. Həmçinin torpaq da yumşaq olmalıdır ki, əkdiyimiz ştilin kökləri torpaqdan suyu mənimsəsin və rahatlıqla nəfəs alsın. Bağ işləri ilə məşğul olmaq uşaqlar üçün çox faydalıdır. Əkdikləri toxumun cücərməsini, yetişməsini izləmək onlarda özünəinam hissi yaradacaq. Həm də onlar zəhmətlə əkdikləri məhsulun yetişməsini izləyəcəklər.Artıq şitilləri torpağa əkə bilərik. Öncə tirələrin ortasından çubuqla dəliklər açırıq. Daha sonra tərəvəz şitillərini torpağa basdırıb dibini möhkəmləndiririk.  Əkdiyimiz şitilləri qorumaq üçün dirlik kənarlarına çəpər çəkirik. Daha sonra hansı tirədə hansı tərəvəzin əkildiyini nişanlamaq üçün kiçik tablolar basdırırıq. Çünki hər tərəvəzin özünəməxsus qulluq qaydaları, suvarma dərəcəsi var.Bəs məktəblərdə necə, yediyimiz tərəvəzlərin yetişdirilmə qaydaları nəzəri və ya praktiki olaraq şagirdlərə öyrədilirmi? Sevil müəllimə deyir ki, məktəbyanı sahədə məktəblilərlə birlikdə əkin işləri ilə məşğul olurlar. Bitkinin cücərdilməsi, əkilməsi və qulluğu haqqında şagirdlərə məlumatlar verilir və bu onların özləri tərəfindən həyata keçirilir.Mütəxəssislər deyir ki, uşaqların ilk tədris ocağı məktəb olduğundan bu biliklərin elə məktəbdə onlara öyrədilməsi daha məqsədəuyğundur. Kiçik yaşlardan uşaqların zəhmətə alışdırılması onların gələcək həyatı üçün olduqca əhəmiyyyətlidir.