Uşaqlar yaz tətilini necə keçirir?

02 2019 11:39

Bu gündən etibarən ümumtəhsil məktəblərində ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayıb.Bəs görəsən dostlarımız tətili necə keçirəcəklər? Elə isə gəlin onların özlərindən soruşaq.  Şagirdlərin tətil günlərində istirahəti ilə yanaşı dərs oxumaları da vacibdir. Tətil müddətində evə verilən tapşırıqlar uşağların zehni inkişafına və öyrəndiklərini yaddan çıxarmamalarına müsbət təsir göstərir. İbtidai sinif müəllimi Gülmay Əsgərova deyir ki, şagirdlərə istirahət müddətində verilən tapşırıqlarmürəkkəb olmamalıdır. Həmçinin uşaqların tətildə edəcəkləri tapşırıqlar maraqlı və əyləncəli olmalıdır.Yaz tətili mayın 1-dən 5 dək davam edəcək. Bu tətil yalnız ibtidai siniflərə şamil olunur. Dərslər mayın 6-da başlayacaq.