Quba məktəbliləri arasında "Riyaziyyat gecəsi" keçirilib

03 2019 12:02

Quba şəhər 5 saylı tam orta məktəbdə “Dünya riyaziyyatın gözü ilə” adlı tədbir keçirilib. Riyaziyyat gecəsində Quba rayon Təhsil Şöbəsinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər. Çıxış edən məktəblilər riyaziyyatın bütün elmlərin açarı olduğunu bildiriblər. Bu elmin təbiətdə təzahürü və müxtəlif sahələrdə tətbiqi  haqqında ətraflı məlumat veriblər. Tədbirdə şagirdlər riyaziyyata aid şerlər söyləyib, kompozisiyalar nümayiş etdiriblər. Uşaqlar bir çox düstur və tənliklərin  mənasını, həllini izah ediblər.Tədbir şagirdlərin maraqlı çıxışları ilə davam edib.