Uşaqlar mətkəbin həyətində gül əkiblər

03 2019 12:06

Quba şəhər 6 saylı tam orta məktəbin şagirdləri güləkmə aksiyası təşkil ediblər. Təbiətsevər dostlarımız məktəbin bağçasında  müxtəlif növ güllər əkiblər.Məktəblilər gülləri əkmək üçün münbit və əlverişli yer seçiblər. Çünki, münbit yerdə əkilən güllər daha tez böyüyür və uzunömürlü olur. Şagirdlər 20-yə yaxın gül bitkisinə yeni həyat veriblər. Yeni əkilən güllərə qulluq etmək də vacibdir. Bunu nəzərə alan dostlarımız bitkiləri sulayıblar. Təbiətsevərlər gələcəkdə bu aksiyanı davam etdirmək niyyətindədilər. Şagirdlərin məqsədi təbiəti qorumaq,  yaşıllıqları artırmaq  və məktəbin həyətini güllərlə gözəlləşdirməkdir.