3 May Beynəlxalq Günəş Günüdür

04 2019 12:32

Günəş  göydəki milyardlarla ulduzdan biridir. O planetlərin təşkil etdiyi Günəş sisteminin mərkəzində yerləşir. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8%-ni təşkil edir.  Günəşdən yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir. Süd Yolu qalaktikasında bilinən təqribən 200 milyard ulduzundan biri olan Günəş isti qazlardan ibarətdir. Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə çoxdur. Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün nefttəbii qazdaş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nin istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olar. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları parnik effekti yaratmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır.