Gənc rəssamların fərdi sərgisi keçirilib

07 2019 11:06

Azərbaycan Universitetlərinin Təhsil Sərgisi keçirilib. Tədbir Zəfər kurslarının təşkilatçılığı ilə baş tutub. Təhsil sərgisində universitetlər elmi potensialını, abituriyentlər üçün cəlbedici üstünlüklərini və güzəştlərini nümayiş etdiribblər. Şagirdlər isə ixtisas seçimi və ali təhsil müəssisələri haqqında ətraflı məlumat əldə etmək imkanı qazanıblar. Sərgidə Azərbaycanda fəaliyyət göstərən bir çox ali məktəblər iştirak ediblər. Universitetləri təmsil edən nümayəndələr qonaqlara ətraflı  məlumatlar veriblər.Abituriyentlər və valideynlər stendləri gəzərək universitetlərin imkanları ilə yaxından tanış olublar.Qonaqlar sərgini yüksək qiymətləndiriblər.