Xüsusi sinifdə təhsil alan uşaqlar

07 2019 11:10

Rəhilə anadangəlmə epilepsiya xəstəsidir. Birinci sinifə qədər evdə fərdi təhsil alıb. Hazırda III sinif şagirdi olan dostumuz, Xaçmaz şəhər iki saylı tam orta məktəbin xüsusi təhsil sinifində oxuyur. Rəhilə yoldaşlarından geri qalmamaq üçün dərslərinə məsuliyyətlə yanaşır. İbtidai sinif müəllimi Umgülsüm Zeynalova deyir ki, Rəhilədə  yaddaş zəifliyi var. Ona görə dərsləri qavramaqda bir az çətinlik çəkir. Amma buna baxmayaraq intizamlı və çalışqan şagirddir.Xaçmaz rayonunda 62 məktəbdə 80 nəfər xüsusi qayğıya ehtiyacı olan şagird təhsilə cəlb olunub. Rayon Təhsil şöbəsinin metodisti Lalə Qədirova deyir ki, bunlardan 51 nəfəri evdə, 29 nəfəri isə xüsusi təhsil siniflərində biliklərə yiyələnirlər.Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil alması onların cəmiyyətə inteqrasiyasını sürətləndirir, gələcək həyatına  müsbət təsir göstərir. Uşaqlar burada yeni dostlar qazanır, rahat ünsiyyət qurmağa alışırlar.