Plastilindən müxtəlif fiqurlar hazırlayan məktəblini tanıyaq

08 2019 12:05

İnsan, heyvan, qələm və kitab heykəlləri. Bu əl işlərini Qusar rayonunda yaşayan Rəhilə Ömərova hazırlayıb. 14 yaşlı dostumuz Qusar şəhər Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsində təhsil alır. Rəhilə peşəkar heykəltəraş olmağı qarşısına məqsəd qoyub. Bu sənətə ilk olaraq plastilin  üzərində işlə - müxtəlif insan  və heyvan  fiqurları hazırlamaqla yiyələnir.Əvvəl sadə fiqurlar düzəldən dostumuz indi daha mürəkkəb əl işləri hazırlaya bilir.İstedadlı dostumuz deyir ki, rəngkarlıqdan fərqli olaraq, heykəltəraşlıqda heç bir rəng çalarından, işıq kölgələrindən istifadə etmək olunmur. Belə ki, bu peşə sahibləri görünən obyektin və ya əşyanın cizgilərini olduğu kimi təsvir etməlidirlər.Məktəbli gələcəkdə əl işlərinin sərgisini təşkil etmək niyyətindədir.