Yerin daxili nədən ibarətdir?

08 2019 12:09

Yer kürəsinin xarici təbəqəsi Yer qabığı adlanır.Onun altında möhkəm mantiya qatı yerləşir.Yerin daxili quruluşunu Geologiya elmi öyrənir. Yerin daxili təbəqələri  yer qabığı, mantiya və nüvə  adlanır.Yer qabığı bərk maddələrdən  ibarət olub materik və okean  tiplərinə bölünür.Onun qalınlığı  5-90 km arasında dəyişir.Yer qabığı altında yerləşən mantiyanın qalınlığı 2800- 2900 km-dir.Mantiya süxur və mineralların qarşılığından ibarətdir.Bu qat ərimiş maddələrdən ibarət olub üst  və alt mantiyaya bölünür.Yerin mərkəzində yerləşən  nüvə təbəqəsinin  radiusu 3500 km-dir.Nüvənin daxili çox istidir.Alimlərin hesablamalarına görə, orada temperatur 5430 C-yə çatır.
Yer qabığı  və mantiyanın üst hissəsi birlikdə  litosfer adlanır. Lotosfer yunanca “daş təbəqə” deməkdir.Onun  qalınlığı 90-50 km arasındadır. Yer qabığında olan  müxtəlif daşlar suxurlar adlanır. Onlar müxtəlif tərkibli mineralların  birləşməsindən əmələ gəlib.