Kosmosda skafandrsız qalmaq mümkündürmü?

09 2019 12:01

Dostlar bu dəfə kosmik aləmə səyahət edəcəyik.Bu səyahətin başlıca şərtlərindən biri isə skafandr geyinməkdir.Bəs kosmonavta skafandr nə üçün lazımdır?Axı kosmik gəminin divarları kosmonavtı qoruyur,çıxış qapıları isə hermetik, yəni qaz və mayeni buraxmayan materialla bağlı olur.Bütün bunlara baxmayaraq uçuşdan öncə kosmonavtın kostyumunun etibarlılığı diqqətlə yoxlanılır.Kosmosda səyahət zamanı sürət artdıqca kosmonavtın çəkisi də artır.Bu zaman onun damarlarındakı qanın ağırlığı dəmirin ağırlığına bərabər olur.Orqanizmdəki qan bir nöqtədə yığıla bilər,bu isə kosmonavtın sağlamlığını ciddi təhlükə altında qoyur.Geyindiyi skafandr isə qanı orqanizmdə sabit saxlamağa yardımçı olur.Əgər skafandr olmasa kosmonavtlar ay və ya başqa bir kosmik obyektdə hərəkət edə bilməzlər. Həmçinin kosmosda bir çox gözlənilməz hadisələr baş verə bilər: məsələn kosmik gəmi meteoritlə toqquşa bilər. Belə halda kosmik gəmidəki hava buxarlanar və kosmonavtın nəfəs alması çətinləşər. Bu zaman skafandırın içərisində olan böyük hava ehtiyatından istifadə olunur. Bundan əlavə, bu kostyum içəridən qızdırılır və kosmonavt üçün soyuq təhlükəsi olmur. Kosmonavt xarici müşahidələr aparmaq üçün kosmik gəmidən uzaqlaşarsa, belə halda skafandırın içərisində quraşdırılmış radio dalğa vasitəsilə gəmidəki və ya yerdəki yoldaşları ilə əlaqə yaradır.Əvvəllər skafandrlar sərt və daşınması daha çətin idi. Lakin zamanla daha elastik və yüngül çəkili skafandrlar hazırlanıb.Kosmosda və ya Ayda gəzən kosmonavtın geyimi hər şeydən öncə dəhşətli istiyə qarşı dözümlü olmalıdır.Geyimin içində soyuq su axımını təmin edən borular var.Borulardakı suyun istiliyi bel çantasındakı xüsusi cihaz tərəfindən sabit tutulur.Ümumilikdə kosmonavtın geyimi bir neçə qatdan ibarətdir.Daxili qisim hava ilə şişirdilir ki,təzyiqi normada saxlasın.Digər qatlar kosmonavtı radiasiyadan, kiçik daşlardan qoruyur. İndi isə sizi Nasa tərəfindən tərtib olunmuş olduqca maraqlı və qəribə kosmik geyimlərlə tanış edəcəyik.Bunalardan biri bioskafandrdır.Bu skafandr dəriyə o qədər sıx yapışır ki, vakuumda insan bədəninin şişməsinin qarşısını alır.Bir başqası isə Ay skafandrıdır.1962-ci ildə astronavt Donald Slayton tərəfindən test edilib.Bu model skafandra enerji və hava verən xüsusi sistem vasitəsilə eniş aparatına qoşulurdu.