Gün ərzində nə qədər su içməliyik?

09 2019 12:04

Su insan həyatı üçün böyük əhəmiyyət daşıyır.Uşaqların suya olan təlabatı onların yaşına, kilosuna, boyuna və fəaliyyət səviyyəsinə görə dəyişir. Çünki su, qidaları və oksigeni orqanlara daşımaqda, bədən istiliyini tənzimləməkdə mühüm rol oynayır.Həmçinin bədəndən zəhərli maddələrin çıxarılmasını təmin edir.Mütəxəsisslər bildirirlər ki, normadan az su qəbulu uşaqlarda ishal və infeksiya xəstəlikləri kimi ciddi nəticələrə səbəb ola bilər.Eyni zamanda uşaqlarda zehni fəallığı azaldır.Yaxşı olar ki,uşaqlar dah çox saf   qazsız sulardan istifadə etsinlər. Orqanizmə hansı miqdarda suyun lazım olduğunu dəqiqləşdirmək üçün kiçik bir hesablama aparmaq kifayətdir. Belə ki, bədənin hər kiloqram çəkisi 30 qram su tələb edir. Əgər sizin çəkiniz 20 kiloqramdırsa gün ərzində 600 qram su içməlisiz.Nəzərə alsaq ki, artıq havalar istiləşir orqanizmin  suya olan təlabatı da artır. Yaxşı olar ki, isti havalarda çoxlu maye qəbul edəsiz.