"Tullantıdan sənətə" adlı ekosərgi nələrlə yadda qaldı?

10 2019 12:16

Bakı şəhər 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə ”Tullantıdan sənətə” adlı ekoloji sərgi keçirilib. Məqsəd uşaqların ətraf mühit və təbiəti daha yaxşı dərk etməsinə yardım etmək, onlarda ətraf aləmə sevgi yaratmaqdır.Tədbirdə mərkəzin  “Dekorativ rəsm” dərnəyinin üzvlərinin ekologiya mövzusunda hazırladıqları 50- ə yaxın əl işi nümayiş olunub.İştirakçılar uşaqların əl işləri ilə yaxından tanış olublar. Onlar belə sərgilərin keçirilməsini yüksək qiymətləndiriblər.Tədbirin davamında “Çiçəyim”  uşaq teatrı , “Azəri“ rəqs qrupu və “Vokal” qrupu bir -birindən maraqlı ifalar, rəqslər  təqdim ediblər. Sonda istedadlı dostlarımız  mükafatlandırılıb.