Fövqəladə hallar zamanı hansı davranış qaydalarını bilməliyik?

10 2019 12:23

Quba rayon, Bağbanlı kənd tam orta məktəbində “Fövqəladə hallar uşaqların gözü” ilə adlı tədbir keçirilib. Şagirdlər zəlzələ, yanğın və qəza zamanı davranış qaydalarını, ilkin tibbi yardım göstərməyi əyani şəkildə nümayiş etdiriblər.Məktəblilər həmçinin fövqəladə hallarda təhlükəsizlik avadanlıqlarından istifadə qaydalarını öyrəniblər.Daha sonra şagirdlər xilasetmə xitmətlərinin vəzifələri haqqında yoldaşlarına  məlumat veriblər.Məktəbin direktoru Fidan Nəbizadə deyir ki, fövqəladə hallar zamanı şagirdlərin təhlükəsizlik və davranış qaydalarını bilməsi vacibdir. Çünki, heç kim belə hadisələrdən sığortalanmayıb. Mütəmadi olaraq məktəblilər bu mövzuda maarifləndirilməlidir. Sonda məktəblilər təxliyə planına uyğun olaraq şərti xilasetmə əməliyyatı həyata keçiriblər.