İkiqat respublika çempionu Aytac Paşazadə

11 2019 11:32

Aytac Paşazadə karatenin kyokşinkay növü ilə məşğuldur. O, ikiqat respublika çempionudur. 12 yaşlı idmançı Şabran rayonunda yaşayır. İdmançı dostumuzun naliyyətləri də kifayət qədərdi. Karateçi deyir ki, uğur qazanmaq üçün hər gün məşq etmək lazımdır. Bunun nəticəsidir ki, tatamiyə çıxan əksər rəqiblərini məğlub etməyi bacarıb. Aytacın məşqçisi Zeynal Zeynalov yetirməsinin daha böyük uğurlar qazanacağına inanır. Ona dəstək olur və lazım olan bütün tövsiyyələri verir. Aytac iyun ayında keçiriləcək respublika turnirinə hazırlaşır. İdmançının məqsədi bu yarışda qələbə qazanmaqdır.