"Oyuq" teatr studiyası "Ey Azərbaycanım" adlı konsert təşkil edib

14 2019 11:25

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası  “Ey Azərbaycanım” adlı konsert təşkil edib. Konsert proqramı ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub. Dənizkənarı Bulvar İdarəsi ilə teatrın birgə təşkil etdiyi tədbir Dənizkənarı Milli Parkda baş tutub.Tədbirdə klassik bəstəkar, xalq və populyar estrada mahnılarından ibarət rəngarəng ifalar səsləndirilib.Studiyanın yerli və beynəlxalq sənət müsabiqələrində iştirak edərək mükafatlar qazanan uşaqların çıxışları konserti izləyən dostlarımız tərəfindən maraqla qarşılanıb.