BŞTİ-nin ulu öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunan sərgi təşkil edib

14 2019 11:28

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib. Tədbirdə iştrak edən BŞTİ-nin müdiri Rəşad Tağıyev və digər qonaqlar müxtəlif bölmələr üzrə sərgilənən əl işləri ilə yaxından tanış olub.Sərgi paytaxt məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin iştrakı ilə baş tutub.Bakı şəhərinin ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin istedadlı şagirdləri ulu öndər Heydər Əliyevin həyatını və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən yaradıcılıq nümunələrini, təsviri incəsənət, dekorativ  tətbiqi sənət, floristika, elmi texniki, dizayn işləri, nümayiş etdiriblər.Tədbirin davamında məktəblilərin ifasında şeirlər səsləndirilib, səhnəciklər  və rəqslər nümayiş olunub.