Millət vəkili Kamilə Əliyeva: “Anam bu istəyimə mane oldu”

14 2019 11:32

Millət vəkili Kamilə Əliyeva “ARB Günəş”in “Mən məktəbli ikən”  verilişinin qonağı olub. O bildirib ki, məktəbi bitirməsinin üzərindən 35 il keçməsinə baxmayaraq, o illəri hələ də unutmur. Kamilə xanım Bakı şəhər, Nəsimi rayon 35 saylı tam məktəbi qızıl medalla bitirib. Millət vəkili deyib ki, onun uşaqlığı olmayıb, vaxtından tez böyüyüb, çünki  atasını altı yaşında itirib: “Ailədə mənə anlatmışdılar ki, artıq atan yoxdur. Buna görə də, dərslərini  yaxşı oxumaq, özünü yaxşı aparmaq lazımdır. Elə bilirdim ki, mən uşaq yox, böyük bir şəxsiyyətəm”.Kamilə xanım uşaq vaxtı kinorejissor olmaq istədiyini bildirib.Uşaq vaxtı Azərbaycan filmlərini izləyib onlara bənzəyən filmlər çəkmək istəyib: “Anam bu istəyimə mane oldu. O tibb işçisi idi və mənim həkim olmağımı arzulayırdı” – deyə, millət vəkili əlavə edib. Kamilə Əliyeva müasir dövrün şagirdlərinə öz tövsiyyələrini də verib. O bildirib ki, insanın karyerasının, gələcək fəaliyyətinin əsası məktəbdə qoyulur. Buna görə də uşaqlar bütün dərslərini yaxşı oxumalıdır. Millət vəkili ölkənin ilk uşaq telekanalı “ARB Günəş” in daimi izləyicisi olduğunu söyləyib. Bu telekanalın istehsalı olan istər uşaq verilişlərindən, istərsə də intellektual verilişlərdən böyük zövq aldığını deyib: “Verilişlərinizi çox bəyənirəm. “ARB Günəş”də  nəinki uşaqlar üçün , hətta valideynlər üçün də böyük tövsiyyələr verilir. Bu böyük bir məktəbdir” –deyə Kamilə Əliyeva bildirib.Xatırladaq ki, “Mən məktəbli ikən” verilişi hər həftənin şənbə günü axşam saat 18:00-da “ARB Günəş” in efirində olur.