Fernan De Magellan

16 2019 12:12

Dostlar, bu süjetimizdə sizi məşhur səyyah - Fernan Magellanın həyatı və səfərləri ilə tanış edəcəyik. O, 1480-ci ildə Portuqaliyada anadan olub. Fernan Magellan 1519-cu il sentyabrın 20-də 5 gəmi və 256 nəfərlik heyətlə səyahətə başlayıb. Səyahətin məqsədi Cənubi Amerika sahillərindən Hindistana daha qısa dəniz yolunu tapmaq idi. Atlantik okeanını keçdikdən sonra Magellan Cənubi Amerika sahilləri boyu üzərək qərbə gedən boğazı axtarır və nəhayət 1520-ci ildə indi onun adını daşıyan Magellan boğazını keçir. Sakit, fırtınasız bir okeana çıxan ekspedisiya iştirakçılarında xoş təəssürat yaranır və bu  okeanı  Sakit  okean  adlandırırlar.  Dünyada  ilk  dəfə  Sakit  okeanın  ən  enli  yerindən  üzüb  keçən  Magellanın gəmiləri bir çox çətinliklərlə  dörd aydan sora gəlib indiki Filippin adalarına çıxırlar. Burada Magellan yerli tayfalar arasında gedən vuruşmaya qoşulur və 27 aprel 1521-ci ildə həlak olur.  Sağ qalan  səyahətçilər  İspaniyaya  gəlib çıxırlar.  Qısa  dövrdə  –cəmi  yarım  əsrdə  bizim  planetimizin  avropalılara məlum olan sərhədlərinin görünməmiş dərəcədə genişlənməsi baş verdi. Lakin Avstraliya, Antarktida, Asiya və Şimali Amerikanın şimal sahilləri hələ kəşf olunmamışdı. Magellanın səyahəti coğrafiya elmində Yerin kürə şəklində olmasını praktik olaraq sübuta yetirdi. Sakit okeanın adını, Magellan boğazını, Odlu torpaq, Malay, Flippin adaları və başqa coğrafi obyektlər kəşf edildi.Hazırda Atlantik okeanla və Sakit okean arasındakı dar boğaz, Süd Yolunun peyk-qalaktikaları, NASA-nın 1989-cu ildə Venera planetini tədqiq etmək üçün göndərdiyi kosmik aparat və Marşall adaları yaxınlığındakı sualtı yüksəkliklər Magellanın adını daşıyır.