Plastik su qablarından əl işləıri hazırlayan məktəbli

16 2019 12:57

Sadiq Hüseynov Şabran rayonunun, Pirəbədil kəndində yaşayır. 15 yaşlı məktəbli artıq üç ildir ki, su qablarından müxtəlif heyvan fiqurları hazırlayır. Dostumuz əl işlərini qismən köhnələn və sıradan çıxan su qablarından düzəldir. Sadiqin hazırladığı filin bütün hissələri plastik materialdandır. Filin xortumunu isə tozsoranın borusundan hazırlayıb. Sadiq maketlər hazır olduqdan sonra onları rəngli boyalarla rəngləyir. Məktəbli deyir ki, bu əl işlərini hazırlamaq elə də asan deyil. Çünki, fiqur hazırlanan zaman rəssamlıq qabiliyyəti tələb olunur. İstedadlı məktəblinin əl işləri rayonda təşkil olunan sərgilərdə nümayiş olunub və o, uğurlu nəticələr qazanıb. Dostumuzun məqsədi gələcəkdə böyük su çənindən zürafə hazırlamaqdır.