Duzlu yeməyin nə kimi zərərləri var?

17 2019 11:22

Duz yeməkləri dada gətirir. Analarımız bişirdikləri yeməyə duz vurur ki, ləzzətli olsun. Amma... Amması odur ki, həddindən çox duz qəbulu insan orqanizminə ziyandır. Bu bir çox fəsadlara səbəb ola bilər. Məsələn, uşaqlarda qan təzyiqi yüksəlir; ürək-damar və böyrək xəstəlikləri yaranır.Bəzi uşaqlar duzdan çox istifadə etməyin onların səhhətinə vurduğu zərərdən xəbərsizdir. Hətta yeməyə qatılan duzdan əlavə yeyərkən də ona duz atırlar.Əksər pediatrlar uşaqların 1 yaşına kimi duz qəbul etməsinin tamamilə əleyhinə çıxırlar. Bəs yaş qruplarına görə gündəlik duz qəbulu nə qədər olmalıdır?Duzdan istifadəni azaltmaq üçün süfrəyə duz qoymamaq olar.Duz əvəzinə bəzi qidalara cəfəri, nanə qurusu, razyana, reyhan kimi dadlandırıcılar qatılsa, daha faydalı olar. Turşu, ketçap, xardal, soya sousunun tərkibində duz çoxdur. Bu məhsullardan mümkün qədər az istifadə edilməsi məsləhət görülür. Duzun orqanizmə zərərini azlatmaq üçün meyvə və tərəvəz çox qəbul etmək, bol su içmək lazımdır.