Maştağa Mədəniyyət Mərkəzinin rəqs dərnəyinin üzvlərini tanıyaq

17 2019 11:26

Gördüyünüz bu istedadlı uşaqlar Maştağa Mədəniyyət Mərkəzinin rəqs dərnəyinin üzvləridir. Dərnəyin ən balaca üzvünün 4 yaşı var. İstedadlı dostlarımız burada rəqsin incəliklərini öyrənirlər. Məktəblilər Türkiyədən yeni qayıdıblar. Onlar Türk dünyası Çocuk Şöleni festivalında iştirak edərək uğur qazanıblar. Mərkəzin üzvü İsmayıl Məmmədov “Çırpınırdı Qara dəniz” mahnısı ilə 2-ci yerin qalibi olub. Dostlarımız  həftədə iki dəfə mərkəzə gələrək məşq edirlər. Onların məqsədi peşəkar rəqqas olmaq və böyük səhnələrdə çıxış etməkdir.