Şabran 1 saylı tam orta məktəbdə “Doğma dilim Ana dilim” tədbir təşkil olunub

17 2019 11:32

Şabran şəhər 1 saylı tam orta məktəbdə “Doğma dilim - Ana dilim” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edib. Çıxış edən müəllimlər bildiriblər ki,  ana dilini qorumaq hər kəsin borcudur.  Azərbaycan dili dünyada axıcı və zəngin dillərindən biridir.Şagirdlər ana dilimizə aid şerlər söyləyib, səhnəciklər və müxtəlif kompozisiyalar nümayiş etdiriblər. Tədbirin keçirilməsində məqsəd şagirdlərə ana dilimizi sevdirmək, onlarda doğma dilimizi inkişaf etdirməyə həvəs yaratmaqdır.Tədbir şagirdlərin ifaları ilə davam edib.