Xaçmaz 2 saylı uşaq bağçası 5 yaşını qeyd edir

18 2019 12:28

Xaçmaz şəhər 2 saylı körpələr evi-uşaq bağçasında “5 illik uğurlarımız” adlı tədbir baş tutub. Tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönmünə və bağçanın 5 illik yubileyinə həsr olunub. Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, rayon ictimaiyyəti, bağçanın pedaqoji kollektivi, valideynlər və uşaqlar iştirak edib.  Bağçanın direktoru  Həmayıl İsgəndərova çıxış edərək, müəssisənin fəaliyyəti haqqında iştirakçılara məlumat verib. Daha sonra himnimizin sədaları altında üçrəngli bayrağımız səhnəyə gətirilib və  konsert proqramına start verilib.Uşaqlar vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirib, rəngarəng rəqs nömrələri ilə çıxış ediblər.Xaçmaz 2 saylı Körpələr evi- uşaq bağçasında Azərbaycan bölməsi ilə yanaşı rus bölməsi də fəaliyyət göstərir. Tədbirdə balacalar ana dilində və xarici dillərdə biliklərini  nümayiş etdiriblər.Uşaqların çıxışları  izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.