Xarici bitki sortları yerli mühitə necə uyğunlaşdırılır?

18 2019 12:32

Bu gün biz Kənd Təsərrüfatı Nazirliyinin Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutundayıq. Dostlarımızla bura gəlməkdə məqsədimiz odur ki, xaricdən gətirilən bitkilərin yerli mühitə  necə uyğunlaşdırıldığını öyrənək.Xarici meyvə sortları Azərbaycandakı sortlardan tez yetişməyi ilə fərqlənir. Bu tinglər bir neçə ilə bar verir. Xarici meyvə tingləri qayğısevən və həssasdır. Ağaclara vaxtlı-vaxtında qulluq etmək lazımdır. O zaman məhsuldarlıq da yaxşı olur. Xaricdən gətirilən alma, armud, heyva, alça, albalı və s. yeni meyvə sortları Qubanın iqliminə tez uyğunlaşır. Bir neçə il öncə əkilən ağaclar artıq bar gətirib. Tinglər damcı üsulu ilə suvarılır. Torpaq işıq keçirməyən örtük ilə örtülür ki, alaq otları  yayılmasın.Xaricdən gətirilən meyvə sortları yerli mühitə uyğunlaşdırıldıqdan sonra artıq fermerlərə təqdim olunur.