Məktəblilər M.S.Ordubadinin ev muzeyinə səyahət edib

18 2019 12:48

Məktəblilərin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları 18 may-Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə təşkil edilir. Bu layihə Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.Proqram ümumilikdə Bakı şəhəri üzrə 270-ə yaxın ümumtəhsil məktəbi, gimnaziya və liseyi əhatə edir. Ekskursiyalarda bütün şagirdlər iştirak edə bilərlər. Gəzintilər 30 nəfərlik qruplarla təşkil olunmalıdır. Bakı şəhəri 13 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri bu gün görkəmli yazıçı Məmməd Səid Ordubadinin ev muzeyini ziyarət ediblər. “Muzeylər və Nəsimi irsi” proqramı üzrə məktəblilər Heydər Əliyev Mərkəzi, "İçərişəhər" və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruqları, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Miniatür Kitab Muzeyi, Şirvanşahlar Sarayı Kompleksi, “Qala” Dövlət Arxeoloji-Etnoqrafiya Qoruğu, Azərbaycan Milli İncəsənət Muzeyi və digər muzeylər daxil olmaqla ümumilikdə 28 tarixi məkana səfər edirlər. “Məktəblilər üçün muzey həftəsi” mayın 18-dək davam edəcək.