Xaçmaz Uşaq İncəsənət məktəbinin kollektivi hesabat konserti verib

21 2019 10:26

Tədbir Xaçmaz Heydər Əliyev Mərkəzində baş tutub.Musiqi gecəsində rayon ictimaiyyəti, müəllimlər, valideynlər və məktəblilər iştirak ediblər.Daha sonra səhnəyə musiqiçilər təşrif buyurub.Şagirdlər il ərzində öyrəndikləri musiqiləri və rəqsləri müəlllimləri qarşısında təqdim ediblər.Konsert proqramı tamaşaçılar  tərəfindən maraqla qarşılanıb. Bir-birindən zövqlü musiqilər ifa edilən məktəblilər, qonaqlar tərəfindən maraqla qarşılanıb. Tədbir gənc musiqiçilərin ifaları ilə davam edib.