“Oyuq” teatr-studiyasının üzvləri Qobustan Milli Tarix-Bədii Qoruğunda konsert proqramı ilə çıxış ediblər

21 2019 11:20

Qobustan Milli Tarix-Bədii Qoruğunda Beynəlxalq Muzeylər Günü münasibətilə “Keçmişə sənət səyahəti” adlı tədbir keçirilib. Tədbir Qobustan Milli Tarix-Bədii Qoruğu və A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə reallaşıb.Qoruq ərazisindəki əsas meydanda qurulan səhnədə Kukla Teatrının repertuarındakı tamaşalardan səhnəciklər nümayiş olunub. “Oyuq” teatr-studiyasının üzvləri olan istedadlı dostlarımız konsert proqramı ilə çıxış ediblər.Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya edən məktəblilər gəzintidən böyük zövq alıblar. Onlar həm tarixi məkanla yaxından tanış olub, həm də maraqlı konsert proqramını izləyiblər.