Bakı Xoreoqrafiya Akademiyasında hesabat konserti keçirilib

22 2019 12:17

Bakı Xoreoqrafiya Akademiyasının 90 illik yubileyi çərçivəsində akademiyada təhsil alan məktəblilər hesabat konserti verib. Tədbir Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baş tutub. İstedadlı dostlarımız konsertdə Niyazinin "Rast" simfonik muğamının musiqisi və "Kitabi- Dədə Qorqud" dastanının motivləri əsasında işlənmiş "Dəryadan damla", "Yallı", Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından rəqs, "Süzən qızlar", "Mən baharın qızıyam", "Odlar yurdu" rəqslərini, "Qu gölü" və "Jizel" baletlərindən variasiyalar təqdim ediblər. Uşaqlar bu konsertə uzun zamandır ki, hazırlaşırdılar. Ardıcıl məşqlər, böyük zəhmət hesabına ərsəyə gələn rəqs kompozisiyaları tamaşaçılar tərəfindən  rəğbətlə qarşılanıb.Tədbir məktəblilərin çıxışları ilə davam edib.