Dahi şair İmadəddin Nəsimin büstünü hazırlayan məktəbli

22 2019 12:31

Teymur Bağırov Qusar rayonunun Qayakənd kəndində yaşayır. 14 yaşlı dostumuz Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yubleyi münasibəti ilə onun büstünü hazırlayıb. Büstün hündürlüyü təxminən 30 santimetrdir.  Dostumuzun heykəltəraşlığa böyük marağı var. O, əl işlərini əsasən gipsdən düzəldir. Teymur boş vaxtlarını əsasən maket və heykəlciklərin hazırlanmasına həsr edir.Teymur  Nəsiminin büstünə görə diplomla təltif olunub.