BDU-nun Jurnalistika fakültəsində “Füyuzat Mərkəzi”nin açılışı olub

23 2019 11:43

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Füyuzat  Mərkəzi”nin açılış mərasimi baş tutub. Tədbirdə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun və BDU-nun rəhbərliyi, Jurnalistika fakültəsinin  professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak edib.Füyuzat Mərkəzində Azərbaycan mətbuat tarixinin öyrədilməsi və tanıtımı, maarifləndirici tədbirlərin, mühazirələrin təşkili, müxtəlif mövzular üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub.Burada onlayn media, nəşriyyat-poliqrafiya işləri ilə bağlı dərnək və kursların yaradılması, “Füyuzat” və ”İşıq” jurnallarının yazarları, müxtəlif sahələrdə çalışan ziyalılarla tələbələr arasında görüşlərin keçirilməsi də planlaşdırılıb.“Füyuzat Mərkəzi” BDU-nun tələbə və magistrantlarının Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunda təcrübə keçməsi və işə cəlb olunması məsələlərini də diqqətdə saxlayacaq.