Şabranda birincilərin buraxılış gecəsi keçirilib

23 2019 11:57

Şabran şəhər bir saylı tam orta məktəbdə oxuyan birincilərin buraxılış gecəsi keçirilib. Şənlikdə məktəbin müəllimləri, şagirdlər və valideynlər iştirak ediblər. Tədbirdə birinci sinif şagirdləri il ərzində öyrəndiklərini müəllimləri və valideynləri qarşısında nümayiş etdiriblər.Fidanlar vətənə, müəllimə aid şeirlər söyləyib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər.Birincilərin təqdim etdiyi səhnəciklər də tamaşaçıların ürəyincə olub. Konsert proqramı uşaqların maraqlı ifaları və çıxışları ilə davam edib.