Çadır qurarkən nələrə diqqət etmək lazımdır?

24 2019 11:57

Düşərgə salarkən çadır qurmaq üçün yer seçiminə diqqət olunmalıdır. Göllərin gözəl mənzərəsinə aldanaraq onun kənarında çadır qurmaq olmaz.  Çünki vəhşi heyvanlar gecə su içmək üçün bura gələ bilərlər. Buna görə çadırı göldən ən azı 200-300 metr aralıda qurmaq lazımdır. Düşərgə qurarkən çadırımız üçün ən ideal yer az maili quru yamacdır. Çünki, yağış yağarsa bütün su aşağı axacaq və çadırımızı su basmayacaq. Yağışdan qorunmaq üçün çadırı ağacların altında da qura bilərik. Bu zaman yaxınlıqda aşma təhlükəsi olan quru, çürümüş ağaclar olmamalıdır.Ləman və Aysel deyir ki, çadır quraraq istirahət etmək həm də maddi baxımdan sərfəlidir. Çünki gecələmək üçün sizdən heç bir ödəniş tələb olunmur.Axşam yatarkən qida məhsullarını ağzıbağlı qablara yerləşdirin. Çünki yeməyin qoxusu heyvanları cəlb edə bilər.