Xaçmaz şəhər 9 saylı tam orta məktəbdə buraxılış gecəsi keçirilib

24 2019 12:03

Xaçmaz şəhər 9 saylı tam orta məktəbdə keçirilən buraxılış tədbirində rayon təhsil şöbəsinin əməkdaşları, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Fidanlar bilik və bacarıqlarını iştirakçılar qarşısında nümayiş etdiriblər. Məktəblilər onlara qələm tutmağı, hərfləri öyrədən müəllimlərinə təşəkkür edib, elmə, məktəbə, müəllimə həsr olunan şerlər səsləndiriblər. Daha sonra birincilər nağıl qəhrəmanlarını canlandıraraq səhnəciklər göstərib və musiqi nömrələri ilə çıxış ediblər.Buraxılış gecəsi məktəblilərin maraqlı çıxışları ilə davam edib.