Balet haqqında maraqlı faktlar

25 2019 12:08

İncəsənətin maralı sahələrindən biri də baletdir. Balet rəqs tamaşasıdır. İnterşumİlk belə tamaşalar XV əsrdə İtaliyada yaranıb. Amma indi izlədiyimiz balet forması Fransada formalaşıb. Balet fransız sözü “balleto”dan götürülüb, mənası isə “rəqs edirəm” deməkdir. Ənənəvi, klassik baletdə ciddi qaydalar mövcuddur. Əl və ayaqlar üçün müəyyən vəziyyətlər və hərəkət ardıcıllığı vardır ki, rəqs onlardan ibarət olur. Klassik balet tamaşalarında parlaq, rəngarəng kostyumlardan və dekorasiyalardan istifadə olunur. Musiqini isə orkestr ifa edir. Baletlərin çoxu süjet xəttinə malikdir. Artistlər heç bir söz deməsələr də, fikri hərəkətlə tamaşaçıya çatdırırlar. Müasir balet isə klassik baletdən çox vaxt fərqlənir. Müasir baletdə ən müxtəlif rəqs üslublarından istifadə olunur. Bəzən onda heç bir süjet xətti olmur və rəqs sadəcə olaraq, müəyyən əhvali-ruhiyyəni göstərir. Rus bəstəkarı P.İ.Çaykovski bütün dünyada məşhur olan baletlərin müəllifidir. Bunlara “Sonalar gölü”, “Şelkunçik”, “Yatmış gözəl” kimi əsərləri nümunə göstərmək olar. Azərbaycanda isə baletin yaranması görkəmli bəstəkar Əfrasiyab Bədəlbəylinin adı ilə bağlıdır. Belə ki, müəllifin “Qız qalası” baleti həm ölkəmizdə, həm də Şərqdə ilk baletdir.