Şagirdlər üçün yol hərəkəti qaydaları ilə bağlı aksiya keçirilib

25 2019 14:20

Xaçmaz şəhər Zərifə Əliyeva adına 8 saylı məktəb-liseyin şagirdləri yol hərəkəti qaydaları ilə bağlı marifləndirici aksiya təşkil ediblər. Balaca yol polisləri ilk olaraq məktəbdə həmyaşıdlarına yol nişanları haqqında məlumat veriblər.Daha sonra məktəblilər sürücülərə yol hərəkət qaydaları haqqında suallar ünvanlayıblar. Düzgün cavab verən sürücülərə hədiyyələr təqdim olunub.Aksiyada piyadalar da maarifləndirilib. Uşaqlar onlara yollarda ehtiyatlı olmağı və təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə ediblər.Xaçmaz rayon Polis Şöbəsinin Yol Patrul xidmətinin Baş İnspektoru Samir Abuzərov deyir ki, insanların yol hərəkəti qaydaları haqqında məlumatlanmasında bu cür aksiyaların əhəmiyyəti böyükdür. Yollarda qaydalara əməl edilsə arzuolunmaz hadisələr də baş verməz.Sonda şagirdlər yol polisi haqqında mahnı ifa ediblər.