4 saylı UGİM-də “Mən və mənim hüquqlarım” adlı tədbir keçirilib

28 2019 12:40

4 nömrəli Uşaq Gənclər İnkişaf mərkəzinin təşkilatçılığı ilə "Mən və mənim hüquqlarım" adlı rəsm sərgisi keçirilib. Məqsəd uşaqlara hüquqlarını izah etmək, onların bu sahədə maarifləndirilməsinə nail olmaqdır. Sərgi Bakı şəhər 21 nömrəli tam orta məktəbdə baş tutub. Tədbir iştirakçıları uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Qonaqlar rəsmləri yüksək qiymətləndiriblər. Sərgidə iştirak edən fırça həvəskarları mükafatlandırılıb. Onlara sertifikat  və başqa hədiyyələr təqdim olunub.Tədbir rəqqas dostlarımızın çıxışları ilə davam edib.