BDU-da Respublika günü qeyd olunub

28 2019 12:46

Bakı Dövlət Universitetində 28 may Respublika gününə həsr olunan tədbir keçirilib. Rektor Elçin Babayev Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirilib ki, dövlət quruculuğu prosesində atılan addımlardan biri də 1919-cu ildə təhsil və mədəniyyət mərkəzi olan Bakı Dövlət Universitetinin yaradılmasıdır. Tədbir universitet tələbələrinin ifasında bədii hissə ilə yekunlaşıb.