Dünyanın ən kiçik şəhəri hansıdır?

28 2019 12:56

Dünyanın ən kiçik şəhəri Xorvatiyada yerləşən Hum şəhəridir. Şəhər İstriya yarımadasında yerləşir. Burada cəmi 17 nəfər yaşayır. Ərazisinin kiçik, əhalisinin sayının az olmasına baxmayaraq, şəhərin özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi var. Hum şəhəri kifayət qədər qədim şəhərdir. Onun haqqında ilk məlumatlar 1102-ci ilə gedib çıxır. Burada qədim qala divarları, XVI əsrə aid Saat qülləsi və digər tarixi abidələrin qalıqları var. Hum dəniz səviyyəsindən 349 metr yüksəklikdə bir təpənin üstündə yerləşir. Bu şəhər Ginnesin Rekordlar Kitabına dünyanın ən kiçik şəhəri kimi daxil edilib.Əfsanəyə görə - Hum nəhənglərin əl işidir. Nəhənglər Mirna çayının vadisində şəhərlər qurduqdan sonra, onların əlində bir neçə daş qalıb ki, onlar da həmin daşlarla Hum qalasını tikiblər. Şəhər erkən orta əsrlərdə olduğu kimi görünür. Humun ən maraqlı xüsusiyyəti ondan ibarətdir ki, əsrlər boyu bu şəhərdə heç bir tikili tikilməyib, heç bir şey dəyişməyib. Şəhərdə daş evlər ilkin formasında olduğu kimi qalıb. Humun dörd bir yanı  heyrətamiz meşələrlə  əhatə olunub. Bu mənzərə görənləri heyran edir